Cəlaldan növbəti qol
- 12:30
- 33
Bolqarıstan çempionatında 35-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” evdə Plovdiv “Lokomotiv”i ilə qarşılaşıb.
Matç “Arda”nın qələbəsi ilə başa çatıb – 4:0.
Hüseynov da bu matçın iştirakçısı olub. Meydana start heyətində çıxan həmyerlimiz görüşü əvəzolunmadan keçirib. O, 48-ci dəqiqədə sarı vərəqə alıb, 52-ci dəqiqədə isə komandasının sonuncu qolunu vurub,
“Arda” hazırda 51 xalla 7-ci pillədə qərarlaşıb.