Cəlal oynadı, komandası evdə xal itirdi
- 03 May 2026 23:00
- 32
Bolqarıstan çempionatında 32-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun çıxış etdiyi “Arda” öz meydanında “Çerno More” ilə qarşılaşıb.
Matç qolsuz başa çatıb – 0:0.
Hüseynov da bu matçın iştirakçısı olub. O, 90 dəqiqə mübarizə aparıb.
“Arda” hazırda 45 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.