Bir müddət bundan qabaq işğaldan azad olunmuş Cəbrayıl rayonunda futbol komandasının bərpası haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, yerli imkanlı şəxslərdən biri "Xudafərin"i bərpa etmək istəyir və bir müddətdir ki, bu məsələ gündəmdədir.

Əgər məsələ reallaşarsa, baş məşqçinin kimliyi də böyük ölçüdə məlumdur. Əldə etdiyimiz məlumata görə, komanda bərpa olunsa və ölkə çempionatında iştirakı təmin olunsa, baş məşqçi veteran futbolçu, əslən cəbrayıllı Vəli Hüseynov olacaq.