
CAS UEFA-nın qərarını qüvvədə saxladı
- 16:45
- 37
İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın İngiltərənin "Kristal Pelas" klubunu Avropa Liqasından diskvalifikasiya etmək barədə qərarını qüvvədə saxlayıb.
Rekord.az xəbər verir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi 2024/2025 mövsümündə İngiltərə Kubokunun qalibi olub və Avropa Liqasına vəsiqə əldə edib.
Lakin iyulda UEFA komandanı Fransanın "Olimpik” (Lion) kollektivi ilə sahibi eyni olduğundan Konfrans Liqasına göndərib. Lion klubu Liqa 1-də altıncı yeri tutub.