Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu, 1/4 final mərhələsinin "Abşeron Lions" - "Şəki qarşılaşmasından sonra bəlli olub.


Sözügedən matçda 93:85 hesabı ilə qalib gələn şəkililər yarımfinala adlayan sonuncu kollektiv olublar.


Daha əvvəl baş tutan matçlarda "Ordu" "Sumqayıt"ı (93:74) "Sabah" "Quba"nı (113:76), "Gəncə" isə "Neftçi"ni (95:92) məğlub edərək növbəti raunda adlayıb.


Beləliklə "Şəki" və "Gəncə" komandaları yarımfinalda münasibətləri aydınlaşdıracaqlar. Bu mərhələnin digər matçında "Sabah" "Ordu" ilə qarşılaşacaq.