
Buskest "Əl-Nəsr"in təklifindən imtina etdi
- 07 Fev 2023 17:31
- 454
Səudiyyə Ərəbistanının "Əl-nəsr" klubu "Barselona"lı Buskestə 18 milyonluq təklif irəli sürüb.
Rekord.az xəbər verir ki, ərəblər futbolçuya 2 illik müqavilə təklif edib.
"Mundo Deportivo"nun məlumatına görə, bu cür təklifə baxmayaraq, futbolçu ərəblərin təklifindən imtina edib. O, ümumiyyətlə, Ərəbistanda oynamaq istəmədiyini, bunun onun üçün maraqlı olmadığını bildirib.