
“Bunu nə Portuqaliya, nə də Çexiya bacarmışdı”
- 00:30
- 42
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Bakıda Şotlandiya yığması ilə keçirilən oyundan sonra fikirlərini bildirib:
Rekord.az xəbər verir ki, o, 3:3 hesablı heç-heçəni belə şərh edib:
“Bu, çox çətin oyun idi. İlk növbədə, üç gündən bir oynamaq fiziki cəhətdən çox ağırdır, amma biz futbolçuları oyuna yaxşı tonusda gətirə bildik. Oyuna dair planımız işlədi — biz rəqibi yaxşı tanıyırdıq və bizi nə gözlədiyini bilirdik. Şotlandiyaya qarşı 3 qol vurduq, bunu nə Portuqaliya, nə də Çexiya bacarmışdı. Təəssüf ki, bir qolu rikoşetdən, digərlərini isə standart vəziyyətlərdən buraxdıq. Mən sevinirəm ki, komanda Çexiyaya məğlubiyyətdən sonra düzgün reaksiya göstərdi, amma eyni zamanda çox məyusam, çünki qələbəni son dəqiqələrdə əldən verdik".
U-21 qrupda növbəti matçını noyabrın 18-də səfərdə Cəbəllütariq yığmasına qarşı keçirəcək.