“Bu qələbə “Kəpəz” üçün çox böyük uğurdur” – Dambrauskas
- 22:02
- 43
“Sabah” Misli Premyer Liqasının 31-ci turunda bu gün “Kəpəz”i qəbul edib.
Rekord.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
Litvalı mütəxəssis mövsümdə ikinci məğlubiyyətləri haqda belə deyib:
“Kəpəz”i təbrik edirəm. Düşünürəm ki, bu qələbə onlar üçün çox böyük uğurdur. Bu gün nəsə çox şey demək istəmirəm. İlk hissədə dominant tərəf biz idik. Bir neçə künc zərbəsindən fərqlənə bilərdik. Amma “Kəpəz”in qapıçısı yaxşı çıxış etdi. Anlaşılmaz səhv etdik və qol buraxdıq. Əvəzetmələrdən sonra oyunun tempi düşdü. Uzun müddət idi ki, məğlub olmurduq. İndi bu oyunu unudub, qarşıdakı vacib matça – kubokun finalına hazırlaşmalıyıq.
Bu gün daha çox az oynayan futbolçularımıza şans verdik. Çünki risk edə bilməzdik. Zədəli oyunçularımız ola bilərdi. Düzdür, bu gün oyunçularımızın əzmkarlığından narazı deyiləm. Həmin oyunçular ardıcıl bir neçə tur çıxış etsələr, daha çox uyğunlaşarlar”.