"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze yeni mövsümün daha çətin keçəcəyini düşünür.

Rekord.az-a açıqlamasında o, komandaların daha da gücləndiyini bildirib.

Bu mənada "Qarabağ"ı xüsusi fərqləndirib: "Çox ciddi transferlər ediblər, daha da gücləniblər. Mənim şəxsi fikirimə görə, bu "Qarabağ" tarixinin ən güclü "Qarabağ"ıdır. "Sabah" və "Neftçi" də çox güclənib. Ümumiyyətlə, yeni mövsüm çox daha çətin olacaq".