Bu gün təxirə salınmış oyun keçiriləcək
- 14:00
- 30
Azərbaycan Basketbol Liqasında 7-ci turdan təxirə salınmış matç keçiriləcək.
Rekord.az xəbər verir ki, "Şəki" evdə "Neftçi" ilə qarşılaşacaq.
A qrupunun görüşü Şəki Olimpiya İdman Kompleksində, saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" qrupda 4-cü, "Şəki" isə 5-ci pillədə yer alıb. Hər iki komandanın 10 xalı var.