Bu gün daha 2 qarşılaşma baş tutacaq
- 12:30
- 29
Azərbaycan Basketbol Liqasının 8-ci turunda bu gün daha 2 qarşılaşma baş tutacaq.
Rekord.az xəbər verir ki, A qrupunda "Abşeron Lions" NTD ilə üz-üzə gələcək.
Qarşılaşma saat 17:00-da start götürəcək. "Abşeron Lions" 13 xalla qrupda ikinci pillədə yer alıb. 7 xala malik NTD sonuncu - altıncıdır.
B qrupunda isə "Naxçıvan" "Lənkəran"la münasibətlərə aydınlıq gətirəcək. Bu matç saat 20:00-da başlayacaq. "Naxçıvan" 12 xalla 2-ci yerdə qərarlaşıb. "Lənkəran" isə 10 xalla üçüncüdür.
Hər iki oyun "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.
Turun ötən gün baş tutan matçlarda "Sərhədçi" "Ordu"nu 100:64, "Gəncə" "Neftçi"ni 80:73 hesabı ilə məğlub edib.