Bu gün 9-cu turun daha iki oyunu keçiriləcək
- 12:30
- 26
Azərbaycan Basketbol Liqasının 9-cu turunda bu gün daha iki oyun keçiriləcək.
Rekord.az xəbər verir ki, əvvəlcə "Sumqayıt" "Ordu" kollektivi ilə qarşılaşacaq.
Matç Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq.
Bu görüşdən 1 saat sonra NTD və "Şəki" kollektivləri güclünü ayırd etməyə çalışacaqlar. Oyun "Sərhədçi" İdman Mərkəzində baş tutacaq.
A qrupunda yer alan "Şəki" 9 xalla beşinci, rəqibindən 1 xal geri qalan NTD isə 8 xalla altıncıdır. B qrupuna 16 xalı olan "Ordu" kollektivi başçılıq edir. 10 xalı olan "Sumqayıt" sonuncu - altıncı sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" isə "Sərhədçi"ni (90:74) məğlub edib.