İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar” Dortmund “Borussiya”sından Ceydon Sançonun keçidini rəsmiləşdirib.

21 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.

Almaniya mətbuatının xəbərinə görə, “Mançester Yunayted” ingilis yarımmüdafiəçi üçün “Borussiya”ya bonuslarla birlikdə 95 milyon avro ödəyəcək.

Qeyd edək ki, Ceydon Sonçu 2020/2021 mövsümündə "Borussiya"da 38 oyuna çıxıb, 16 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.