"Sabah"ın futbolçusu Jesse Sekidika UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski" komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, nigeriyalı hücumçu səfər oyunundan öncə təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:


"Levski"ni çox yaxşı təhlil etmişik. Bu görüşün iştirakçısı ola biləcəyim üçün şadam. Belə komandalarla oyunlarda gözəl atmosfer olur. Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik".


"Levski" - "Sabah" matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.