Azərbaycanın 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar" baş məşqçi Elnur Abdullayev, həmçinin onun köməkçiləri Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə yolları ayırıb.


Bu barədə Rekord.az-a Qusar təmsilçisinin mətbuat xidmətindən bildirilib.


Məşqçilərlə müqavilənin müddəti uzadılmayıb.


Qeyd edək ki, "Şahdağ Qusar" 1-ci Liqanı 43 xalla 5-ci pillədə başa vurub.