
Bölgə hakimləri Premyer Liqadan niyə kənarda qalıb?
- 11:00
- 71
Hazırda Premyer Liqanın oyunlarını idarə edən hakimlərin demək olar ki, hamısı Bakını təmsil edir.
Rekord.az xəbər verir ki, yalnız Rəvan Həmzəzadə Şəki qeydiyyatındadır.
Bölgədə yaşayan hakimlərin Premyer Liqa oyunlarından kənar qalmasının əsas səbəbi isə de Blekerin tələbidir. Hakimlər Komitəsinin belçikalı sədri hakimlər qarşısında tələb qoyub ki, bölgədə yaşayan hansısa hakim Premyer Liqa oyunlarına təyinat almaq istəyirsə, davamlı Bakıya gəlib-getməli, seminarlarda, təlimlərdə iştirak etməlidir. Bölgə hakimlərinin isə həm maddi imkanları buna imkan vermir, həm də davamlı surətdə Bakıya gəlib-getmək yol baxımından da yorucu olur.