“Bizim də iddialarımız var” – Marko Yankoviç
- 24 Noy 2025 23:40
- 36
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunun “Napoli” – “Qarabağ” matçından əvvəl Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Marko Yankoviçin iştirakı ilə mətbuat konfransı keçirilib.
Rekord.az xəbər verir ki, monteneqrolu futbolçu oyundan gözləntilərini açıqlayıb:
“Napoli” güclü komandadır. Bilirik ki, İtaliyada çempion olublar. Çox maraqlı oyun olacaq. Öz oyunumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu nümayiş etdirməkdir. Böyük komandalarla görüşlərdə qələbə də, məğlubiyyət də, heç-heçə də ola bilər. Biz çalışacağıq. Əlbəttə, çətin olacaq. “Napoli” öz meydanında oynayır. Bizim də iddialarımız var. Yeddi xalımız var və bununla göstərdik ki, böyük komandalara qarşı da oynaya bilərik. Ümid edirəm ki, sabah da nəticə qazana bilərik”.
"Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Stadio Diego Armando Maradona" stadionunda, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.