"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski" komandası ilə oyundan öncə fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, litvalı mütəxəssis oyundan öncə baş tutan mətbuat konfransında rəqibin böyük tarixə malik olduğunu vurğulayıb:


"Sabah "Levski" kimi böyük tarixə malik komanda ilə qarşılaşacağıq. Rəqib komandanın təqdimata ehtiyacı yoxdur. Bu qarşılaşmanı səbirsizliklə gözləyirəm. Bizi sabahkı qarşılaşmada nəyin gözlədiyini bilirəm. "Levski" II təsnifat mərhələsində "Braqa"ya qarşı güclü oyun nümayiş etdirdi. Ötən mövsüm Bolqarıstan çempionatında ikinci yeri tutublar. Bu qarşılaşmaya ciddi hazırlaşmışıq".


"Levski" - "Sabah" matçı avqustun 7-də, Bakı vaxtı ilə saat 22:00-da Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək.