Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2020/21 mövsümünün start tarixi müəyyənləşib.

Rekord.az xəbər verir ki, yarış 1 oktyabrda başlayacaq.

3 dövrə keçiriləcək turnirdə iştirak edəcək komandalar aşağıdakılardır:

“Turan Tovuz”
“Zaqatala”
“Sabah-2”
“Neftçi-2”
“Kəpəz”
“Keşlə-2”
“Sumqayıt-2”
“Qarabağ-2”
 MOİK
“Qaradağ Lökbatan”

Yarışın püşkatma mərasimi 24 oktyabr saat 15:00-da AFFA-nın inzibati binasında keçiriləcək və Peşəkar Futbol Liqasının rəsmi “Youtube” kanalı ilə canlı yayımlanacaq. Azərbaycan respublikasında davam edən karantin rejimi ilə əlaqədar olaraq klub və KİV nümayəndələri püşkatmada iştirak etməyəcək.