“Araz-Naxçıvan” bu gün Misli Premyer Liqasının 9-cu turunda “Sabah”la üz-üzə gəlib.


Rekord.az xəbər verir ki, Masazırdakı “Bank Respublika Arena”da keçirilən və 2:2 hesabı ilə başa çatan matçdan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı olub. Baxşıyev yaxşı oyuna şahidlik etdiklərini bildirib:


“Yaxşı, dinamik, mübarizəli oyuna şahid olduq. Hər iki komanda oyuna rəng qatırdı. Ümumi olaraq, komandamın çıxışından razıyam. İlk gündən istədiklərimi yerinə yetirirlər.


Bir xal qazandıq. Tək bizə aid deyil, istənilən komanda oyunun 95-ci dəqiqəsində qol vurarsa, belə emosiya nümayiş etdirməsi normaldır. Sevinirik ki, bir xal qazana bildik.


İstəyərdim ki, belə oyuna, bu cür tempə 2-3 dəqiqə baxılmasın. Çünki futbolçular da həmin tempə çatmaq üçün çox çalışırlar. Yenə də hakimliyin üzərinə getmək istəmirəm. Görünən odur ki, bizə daha fərqli yanaşırlar. Təkcə meydanda deyil, kənardan da bizə maneə olmağa çalışırlar”.