Mədəni, səviyyəli və təmkinli baş məşqçi. Hətta keçən mətbuat
konfransında jurnalistlərə "mənə sual verməyin" deyəndə 9-10 dəfə üzr
istədi. Yaxşı ki, gəlmisiniz bizim kluba. Nə qazanırsınızsa, halal
xoşunuz olsun, sonuncu qəpiyinə qədər. Keçmiş jurnalist kimi, sözlərini
bu cür ölçüb-biçən adamı gördüyümə görə çox sevinirəm. Yanvarda sadəcə
Almeydanı gətirdi, bəhanə eləmədi, "məndən əvvəl toplanan komandadır"
demədi.

Avropaya gedə bilməsəniz belə (klub olaraq), çox sağ olun, Yuri
Vernidub, bu kluba yeni nəfəs gətirdiniz. Nəhayət ki, "Neftçi" futbol
oynayır. Böyükağa müəllim rəhmətə gedəndən, biz azarkeşlər bu cür
mübarizə əzminin həsrətində idik.

Biz jurnalistlər həmişə tənqid etmək üçün "tema" axtarmışıq, amma
vicdan da yaxşı şeydir..

Mən bakılı balası, uşaq vaxtından fanatik "Neftçi" azarkeşiyəm.

Klub udar da, uduzar da. Amma son aylar sevimli klubumdan ləzzət alıram.
Borclarımı da, problemlərimi də unuduram. Bəli, "Neftçi"də heç nə
ideal deyil, tənqid etməyə çox mövzu tapılar.

Sən bizə "Neftçi" azarkeşi olmağın qürurunu qaytardın. Emil Səfərovun
istedadını açdın, Murad Məmmədova şans verdin, Emin Mahmudovu kapitan
kimi geri qaytardın, bir (əslində iki) mövsüm oynamayan Emin Balayevi
meydana çıxarıb qəhrəman elədin..... sən çox yaxşı kişisən.

Çox sağ ol, Yuri əmi!

Rüfət Əhmədzadə