“Bəxtimiz də gətirmədi” - Azər Bağırov
- 20:00
- 29
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 14-cü turu çərçivəsində “Araz-Naxçıvan"a qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Mənim üçün maraqlı oyun oldu. Futbolçularımın çıxışından çox razı qaldım. Bir az bəxtimiz də gətirmədi. Bəlkə də, birinci və ya ikinci epizodda fərqlənsəydik, oyun tam başqa cür olardı. Önümüzə baxıb, oyunlarımızı təhlil edib, səhvlərimizi düzəldib, daha da yaxşı olmağa çalışacağıq".