Türkiyənin “Fənərbaxça” klubu ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Mbvane Samatta zədələnib.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Tanzaniyalı hücumçu Türkiyə kubokunun 1/32 final mərhələsi çərçivəsində keçirilən “Fənərbaxça” – “Sivas Bələdiyəspor” matçında (4:0) zədələnib.

Samatta, Super Liqanın 10-cu turu çərçivəsində “Fənərbaxça”nın “Beşiktaş”a qarşı keçirəcəyi səfər matçını buraxacaq. Görüş noyabrın 29-da keçiriləcək.