Türkiyənin "Beşiktaş" klubu Belçika millisinin futbolçusu Leandro Trossardın transferini açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.


"Qara qartallar" bu keçid üçün 31 yaşlı oyunçu və İngiltərənin "Arsenal" klubu ilə danışıqların başladığını Türkiyənin Kamu Aydınlatma Platformasına göndərib.


Xatırladaq ki, Trossard 2023-cü ildən "Arsenal"da çıxış edirdi. Onun transfer dəyəri 18 milyon avrodur.