Türkiyənin "Beşiktaş" klubu baş məşqçisi Sergen Yalçınla yollarını ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


İstanbul təmsilçisinin 53 yaşlı mütəxəssislə vidalaşdığı bildirilib.


Xatırladaq ki, 2020/2021 mövsümündə də "Beşiktaş"da işləyən Sergen Yalçın 2025-ci ilin avqustunda komandaya qayıtmışdı.