"Beşiktaş" "Volfsburq"un futbolçusu Vatslav Çernini transfer edib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


27 yaşlı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb. İstanbul klubu çexiyalı vinger üçün Almaniya klubuna 6 milyon avroo təzminat ödəyəcək. 


Çerni ötən mövsüm icarə əsasında "Reyncers"də çıxış edib. O, Şotlandiya təmsilçisinin heyətində meydana çıxdığı 52 rəsmi matçda 18 qol və 9 qolun ötürməsi ilə yadda qalıb.