"Sumqayıt"ın məşqçisi Şahin Abdullayev bu gün Misli Premyer Liqasında 14-cü turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları söyləyib:


"Gözlənildiyi kimi, ağır oyun alındı. Rəqib güclü idi. Çox qol epizodu yaratmasaq da, sonlara yaxın qolu vurduq və qələbə qazana bildik. Bəlkə də, bir az bəxtimiz gətirdi, rəqib penaltini dəqiq yerinə yetirə bilmədi.


Penalti epizodundan sonra biz öz aramızda söhbətləşdik. Bizə görə 50-nin 50-yə epizod idi. Penaltiyə daha yaxın hesab etmək olardı. Amma referinin çox uzun müddət bu barədə düşünməsi, bizi də fikrimizi dəyişməyə yönləndirirdi. Çox da bu epizod haqda danışmağa dəyməz. 


Sırf "İmişli"yə məğlubiyyətə görə xüsusi bir hazırlıq görməmişdik. Ümumiyyətlə, komandamızın belə bir planı yoxdur. Qarşıdakı oyunumuz hansıdırsa, ona uyğun da hazırlıq görürük. Əks-hücumlara yaxşı çıxan bir komanda ilə oynadıq. Məşqlərdə də buna hazırlaşmışdıq. Düşünürəm ki, bunun da bəhrəsini gördük”.