“Bayern” Avropanın TOP-5 liqasında liderdir
- 20:20
- 31
Almaniyanın "Bayern" klubu 2025-ci ildə vurulan qolların sayına görə Avropanın aparıcı beş liqasında liderdir.
Rekord.az xəbər verir ki, Münhen təmsilçisi başa çatmaqda olan təqvim ilində Bundesliqada 107 qol vurub.
Bu, top-5 liqada ən yaxşı nəticədir. Mütləq rekord da məhz "Bayern"ə məxsusdur. Komanda 2021-ci ildə 116 dəfə rəqib qapılarına yol tapmışdı.
Qeyd edək ki, "Bayern" hazırda 15 oyundan sonra 41 xalla Bundesliqada liderdir.