İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Mersisayd təmsilçisi “Bayer”dən Demarey Qreyi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb.

Qrey daha əvvəl İngiltərədə, “Lester Siti”də çıxış edib. O, 2021-ci ilin yanvarında bu klubdan “Bayer”ə keçmişdi.