“Barselona”nın yarımmüdafiəçisi Pedri ümumi qrupla məşqlərə qayıdıb.

Rekord.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ-yə qarşı ilk oyunundan əvvəl sağalmağa vaxtı ola bilər.

Martın 3-də 21 yaşlı oyunçu sağ bud əzələsindən zədə alıb. Pedri bu mövsüm artıq iki dəfə oxşar problemlə üzləşib.