
“Barselona”da yeni müqavilə
- 19:20
- 38
"Barselona" yarımmüdafiəçisi Frenki de Yonqla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçu ilə müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.
Niderlandlı futbolçu 2019-cu ilin yayında "Ayaks"dan "Barselona"ya transfer olunub. O, 2024/2025 mövsümündə 46 oyuna çıxıb, iki qol vurub.