
“Barselona”da növbəti ciddi itki
- 18:30
- 46
"Barselona"nın futbolçusu Rafinya zədə səbəbindən La Liqanın 9-cu turunda qarşılaşacaqları "Jirona" ilə oyunu buraxacaq.
Rekord.az "Diario Sport"a istinadən xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi 6-cı turda "Ovyedo"ya qalib gəldikləri görüşdə sağ bud nahiyəsindən zədələnmişdi.
Futbolçu komandanın ötən gün gerçəkləşən məşqini yarımçıq saxlamaq məcburiyyətində qalıb.
Rafinya cari mövsüm "Barselona"nın heyətində 7 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.