"Barselona" furbolçusu İvan Rakitiçi komandadan göndərə bilər.

Rekord.az xəbər verir ki, Kataloniya klubu müqaviləsi 2021-ci ildə başa çatacaq 32 yaşlı yarımmüdafiəçini azad agent kimi buraxmaq yox, onu 10 milyon avroya satmaq niyyətindədir. İ

spaniya təmsilçisi yeni mövsüm üçün heyətini cavanlaşdırmaq və maaş xərclərini azaltmağı planlaşdırır. Buna görə də "Barselona" xorvatiyalı oyunçudan gəlir götürmək şərti ilə yollarını ayırmaq istəyir.

İ.Rakitiç bu mövsüm 31 matça çıxaraq 1 qol vurub və 1 qolun ötürməsini verib.