Balakəndə müəllimlər arasında badminton üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, 28 May – Müstəqillik Gününə həsr olunmuş müəllimlər arasında badminton üzrə Balakən rayon turniri keçirilmişdir. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Balakən rayonu üzrə gənclər və idman sektoru, Balakən Olimpiya İdman Kompleksi və Balakən rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan yarış Balakən Olimpiya İdman Kompleksində təşkil olunmuşdur.

Turnirin keçirilməsində əsas məqsəd müəllimlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, asudə vaxtın səmərəli təşkili və Müstəqillik Gününün idman ruhunda qeyd olunması olmuşdur. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın nəticələrinə əsasən: 

I yer — Eşqin Uzunov 

II yer — Üzeyir Əliyev

III yer — Azad Məmmədov və Faiq Nuriyev.

Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif  olunmuşdur.