Bakıda Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-2 məşqçi seminarının ikinci qrup üzrə təlimlərinə start verilib. "Rekord.az" xəbər verir ki, GİN-in Voleybol Mərkəzində keçirilən seminarın ikinci qrupunda 26 nəfər iştirak edir.
Birinci qrupda olduğu kimi, bu qrupda da Bakı və bölgələrdən olan mütəxəssislərlə yanaşı Türkiyə, Avstraliya, İran və Ukraynadan olan iştirakçılar da yer alıblar. FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşmenin rəhbərlik etdiyi kurs nəzəri və praktiki məşğələlərdən ibarətdir. 5 gün davam edəcək seminarın sonunda praktiki yoxlamada tələb olunan balı toplayan iştirakçılar imtahanda iştirak hüququ qazanacaqlar. Yekunda yüksək nəticə göstərənlərə FIVB-nin Level-2 beynəlxalq sertifikatı təqdim olunacaq.
Qeyd edək ki, birinci qrup üzrə kurs 25-29 may tarixlərində keçirilib.