Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.


Rekord.az xəbər verir ki, o, Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 30-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Təl-Əviv, İsrail) görüşünün hakim-inspektoru olacaq.


Qarşılaşma Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.