Azərbaycan idmançısı Tofiq Quliyev bilyard üzrə Avropa çempionu olub.

Bu barədə Rekord.az-a Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.

O, Moldovanın paytaxtı Kişinyovda keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında qızıl medal qazanıb. Yarışda 7 ölkədən 70 bilyardçı mübarizə aparıb.

İkinci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü yeri tutub.