Azərbaycanla oyun üçün 34 futbolçu
- 17:00
- 51
Azərbaycan futbol millisi Avstriya toplanışı çərçivəsində Malta ilə yoxlama oyununa çıxacaq.
Rekord.az verir ki, Malta millisinin baş məşqçisi Emilio De Leo iyunun əvvəlində keçiriləcək Slovakiya və Azərbaycanla yoldaşlıq görüşləri üçün 34 futbolçudan ibarət ilkin heyəti açıqlayıb.
Malta Futbol Assosiasiyasının məlumatına görə, komanda əvvəlcə 1 iyunda Slovakiya ilə, daha sonra 5 iyunda Azərbaycanla qarşılaşacaq.
Azərbaycan - Malta oyunu Macarıstanın Sombatxey şəhərindəki “Haladaş Sportkompleksum” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Malta Futbol Assosiasiyasının məlumatında bildirilir ki, bu oyunlar baş məşqçi Emilio De Leo üçün UEFA Millətlər Liqası öncəsi heyəti dəyərləndirmək baxımından əhəmiyyət daşıyır. İlkin heyətdə bir neçə yeni ad da yer alıb. Onlar arasında “Reynbous”un hücumçusu Lyuk Borq, “Zabbar Sankt-Patrik”dən Nikolas Akius və İtaliyanın “Kosenza” klubunda çıxış edən Kevin Kannavo xüsusi qeyd olunub.
Heyətə əvvəlki toplanışlarda iştirak etməyən bəzi futbolçular da qayıdıb. “Mosta”dan Ceyk Vassallo, “Zabbar Sankt-Patrik”dən Kin Şikluna və “Hamrun Spartans”dan Matias Qarsiya yenidən milliyə dəvət alıblar. Təcrübəli cinah müdafiəçisi Rayan Kamenzuli isə zədə səbəbindən heyətə daxil edilməyib.
Malta millisinin Azərbaycanla oyun üçün ilkin heyəti belədir:
Qapıçılar: Henri Bonello (“Hamrun Spartans”), Raşed Al Tumi (“Slima Vanderers”), Ceyms Sissons (“Çesterfild”, İngiltərə), Matias Debono (“Naksar Lions”).
Müdafiəçilər: Zak Muskat (“Şaveş”, Portuqaliya), Xuan Karlos Korbalan (“Marsaxlokk”), Kurt Şou (“Hibernians”), Enriko Pepe (“Marsaxlokk”), Jan Borq (“Slima Vanderers”), Ceyk Vassallo (“Mosta”), Kin Şikluna (“Zabbar Sankt-Patrik”), Qabriel Ments (“Cezira Yunayted”), Aleandro Qarzia (“Birkirkara”), Mayls Birman (“Floriana”), Karlo Zammit Lonardelli (“Floriana”).
Yarımmüdafiəçilər: Metyu Qilyomye (“Hamrun Spartans”), Brandon Dieqo Payber (“Valletta”), Aleksander Satariano (“Atina Kalliteya”, Yunanıstan), Ceyk Azzopardi (“Valletta”), Matias Qarsiya (“Hamrun Spartans”), Teddi Teuma (“Standard”, Belçika), Adam Maqri Overend (“Slima Vanderers”), Ceyk Qrex (“Floriana”).
Hücumçular: Cozef Mbong (“Hamrun Spartans”), Pol Mbong (“Floriana”), İlyas Şuaref (“Sion”, İsveçrə), Lyuk Borq (“Reynbous”), İrvin Kardona (“Sent-Etyen”, Fransa), Nikolas Akius (“Zabbar Sankt-Patrik”), Basil Tuma (“Ridinq”, İngiltərə), Kevin Kannavo (“Kosenza”, İtaliya), Nevin Portelli (“Mosta”), Keyon Evurum (“Torino”, İtaliya), Andrea Zammit (“Valletta”).
Xatırladaq ki, Azərbaycan millisi iyunun 9-da da San-Marino yığması ilə qarşılaşacaq.