Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.


Rekord.az xəbər verir ki, buna "Neftçi"nin ötən gün Bakıda keçirilən UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo" (Minsk) komandasına uduzması səbəb olub.


Azərbaycan 20,312 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750 əmsalı var.


Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdir.