Azərbaycanın qadın güləşçiləri yeni antidopinq qaydaları ilə tanış olublar
- 16:00
- 35
Azərbaycan Güləş Federasiyası (AGF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə qadın güləşi üzrə milli komandanın üzvləri üçün antidopinq mövzusunda maarifləndirici seminar keçirilib.
Rekord.az xəbər verir ki, seminarın məqsədi idmanda ədalətli rəqabət prinsiplərinin təşviqi, təmiz idmanın dəyərlərinin təbliği və idmançıların sağlamlığının qorunması olub.
Tədbir 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi və beynəlxalq standartların tələbləri əsasında təşkil edilib. Seminar zamanı AMADA-nın Elm, tibb və təhsil şöbəsinin aparıcı mütəxəssisi Qüdrət Səfərov iştirakçılara qadağan olunmuş maddə və üsullar, idmançıların hüquq və öhdəlikləri, dopinq nəzarəti prosedurları, terapevtik istifadə üçün istisnalar (TUE), eləcə də antidopinq qayda pozuntularının nəticələri barədə ətraflı məlumat verib.
Sonda güləşçilərin sualları cavablandırılıb və testlər vasitəsilə praktiki biliklər təkmilləşdirilib.