Azərbaycanın çimərlik güləşçilərindən Bakıda 8 medal
- 21:20
- 23
Bakıda keçirilən U-17 çimərlik güləşi üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri 8 medal qazanıblar.
Rekord.az xəbər verir ki, millinin üzvləri yarışda 2 qızıl, 3 gümüş və 3 bürünc mükafata sahib olublar.
Oğlanların mübarizəsində Elcan Həsənov (60 kq) və Nihat Süleymanlı (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əlirza Heybətli (60 kq) və Elgün Kərimli (90 kq) gümüş, Tunar Quliyev (70 kq) və Ruslan Vəliyev (80 kq) isə bürünc medala yiyələniblər.
Qızların yarışında Rəna Nuriyeva (65 kq) gümüş, Simurə Abdullayeva (75 kq) bürünc mükafat qazanıb.
Yekun nəticələrə əsasən, qadınların komanda hesabında Azərbaycan birinci, ABŞ ikinci, Yaponiya üçüncü olub. Kişilərin mübarizəsində isə İran birinci, Azərbaycan ikinci, Seneqal üçüncü yeri tutub.