Azərbaycanı avrokuboklarda təmsil edəcək klublara məşq etmək icazəsi verilib.

Rekord.az xəbər verir ki, buna klubların müraciəti əsasında AFFA ilə Gənclər və İdman Nazirliyinin müvafiq qurumlarla apardığı müzakirələrdən sonra nail olunub.

Danışıqlar müsbət sonluqla yekunlaşıb və klublara müəyyən şərtlərlə hazırlaşmaq icazəsi verilib.

İlk növbədə bu icazə yalnız avrokubok iştirakçılarına aiddi. Digər tərəfdən, sözügedən komandalar sərt karantin rejimi tətbiq edilməyən hər hansı bölgədə toplanış keçə biləcək. Həmin klubların haranı seçməsi isə artıq öz ixtiyarındadı. (Futbolpress)

Azərbaycanı bu mövsüm Çempionlar Liqasında “Qarabağ”, Avropa Liqasında isə “Neftçi”, “Keşlə” və “Sumqayıt” təmsil edəcək.