Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün başlama vaxtı müəyyənləşib. 

Rekord.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov bildirib.

Onun sözlərinə görə, İK-nın bu gün baş tutan iclasında AFFA-nın prezidenti Rövnəq Abdullayev çempionatın avqustun ortalarında başlanılmasına tapşırıq verib. Sadıqov bu gündən avrokuboklarda iştirak edəcək klublar üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan rəsmən icazənin alındığını da əlavə edib.