"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 11-ci turu çərçivəsində səfərdə "Qəbələ"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 2:0 hesablı qələbəyə sevindikləri matçla bağlı bunları söyləyib:


“Çətin oyun oldu. Meydanda çoxlu birə-bir mübarizə var idi. Məncə, oyun sürətli keçdi. İlk qolu penaltidən vurduq. Bundan sonra rəqibin təzyiqi ilə üzləşdik. Şadam ki, matçı qələbə ilə başa vurduq.


Aleksandr Ramalinqoma hücumçudur. Son penaltilərdə səhvi olmuşdu. Bunu öz aramızda müzakirə edəcəyik. Bəlkə də penalti vuranı dəyişdik.


Əslində rəqibə görə çox narahat idim. Evdə oynayırdılar. "Qəbələ" 5 xal toplamasına baxmayaraq, yaxşı komandadır. Narahatlığım buna görə idi.


Azərbaycan Premyer Liqası çətin çempionatdır. 5 komanda avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. "Sumqayıt"a gəldikdə, biz yalnız növbəti oyuna fokuslanırıq”.