
Azərbaycan millisinin yoxlama oyununda 8 qol
- 17:00
- 52
Oktyabrın 16-dan etibarən təlim-məşq toplanışı keçirən fitzal üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyununda gücünü sınayıb.
Rekord.az xəbər verir ki, milli “Olimpik Star”da “Araz-Naxçıvan”ın legionerlərdən qurulmuş heyəti ilə qarşılaşıb.
Fasiləyə qədər tərəflər hərəyə 2 qol vurub. İkinci hissədə üstünlüyə tam sahib olan “Araz-Naxçıvan” yekunda 6:2 hesablı qələbə qazanıb. Millinin heyətində qolları Emil Həsənzadə və Qüdrət Qasımzadə vurublar. Baş məşqçi Yevgeni Kukseviçin tapşırığına uyğun olaraq, Ülvi Əliyev birinci hissədə “Araz-Naxçıvan”ın, fasilədən sonra isə millinin heyətində yer alıb.
Ümumiyyətlə oyunda A millinin heyətində bu futzalçılar iştirak edib: Kamran Hacıyev (q), Cavad Məmmədov (q), Hüseyn Əbdülov (q), Mirzə Əmirov, Ülvi Əliyev, Ədalət Ələkbərov, Qüdrət Qasımzadə, Emil Həsənzadə, Nihad İsmayılov, Fərid Abbasov, Oktay Rüstəmli, Murad Quluzadə, Kənan Manafov, Eldar Zeynalov, Oqtay Mahmudzadə.