Azərbaycanın çimərlik futbolu millisinin Avropa Superfinalının B divizionundakı rəqibləri və yer aldığı qrup müəyyənləşib.


Rekord.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunda Litva və Belçika yığmaları ilə mübarizə aparacaq.


B qrupunda isə Qazaxıstan, Rumıniya və Malta milliləri yer alıb. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Finala çıxan komandalar isə A divizionunda iştirak hüququ əldə edəcəklər.


Avropa Superfinalı sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək.