17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib.

Rekord.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, heyətə 21 futbolçunun adı daxil edilib.

Bu gündən noyabrın 19-dək Almaniyanın Frankfurt şəhərində olacaq komanda noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, 14-də saat 19:30-da Şimali İrlandiya, 17-də saat 14:00-da isə Litva yığması ilə qarşılaşacaq.

İlk iki oyun "DFB Kampus"da, sonuncu görüş isə "Nidda-Sportfeld"də keçiriləcək.

Nr.Adı / SoyadıKlub
1Oqtay MehrəliyevKlubsuz
2Bilal HacıyevQarabağ FK
3Ülvi AbbaslıSumqayıt FK
4Vaqif NəbiyevQarabağ FK
5Cihad SadıqovSabah FK
6Ruslan QuliyevNeftçi PFK
7Turan RamazanovTuran Tovuz PFK
8Emil QuliyevNeftçi PFK
9Tunar BayramovQarabağ FK
10Vaqif MəmmədliSabah FK
11Nicat ƏhmədzadəMarcet (İspaniya)
12Əhəd HacızadəQarabağ FK
13Yusif OrucəliyevQarabağ FK
14Şikar ŞikarNeftçi PFK
15Tunar ƏsgərzadəQarabağ FK
16Rəsul Balakişiyevİmişli PFK
17Sübhan ƏlizadəNeftçi PFK
18Qafar BabayevNeftçi PFK
19Nazim ƏliyevQrafiçar (Serbiya)
20Yusif QuliyevQarabağ FK
21Daniil RəcəbovQarabağ FK