Azərbaycan millisində yeni baş məşqçi
- 21:20
- 33
1980-ci il Yay Olimpiya Oyunlarının mükafatçısı, Rusiya milli komandasının sabiq məşqçisi Sergey Jelanov bundan sonra atletika üzrə Azərbaycan millisinin məşqçilər heyətində fəaliyyət göstərəcək.
Bu barədə Rekord.az-a Azərbaycan Atletika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Təcrübəli mütəxəssis yığmanın hazırlıq prosesinə qoşulacaq. Jelanov atletlərin məşq proqramlarının təkmilləşdirilməsi və qarşıdakı yarışlara hazırlıq prosesində iştirak edəcək.
Qeyd edək ki, Sergey Jelanov uzun illər atletika sahəsində məşqçi kimi fəaliyyət göstərib və Rusiya milli komandasının məşqçilər heyətində çalışıb.