Azərbaycan millisi yoxlama oyununda Qazaxıstana qalib gəldi
- 24 Okt 2025 21:00
- 41
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.
Rekord.az xəbər verir ki, yerli komanda ilə üz-üzə gələn yığmamız 2:1 hesablı qələbə qazanıb.
Çimkənd şəhər stadionunda baş tutan oyunda Azərbaycanın qollarını Esra Manya (27) və Sevinc Cəfərzadə (82) vurublar.
Tərəflər arasında ikinci oyun oktyabrın 27-də baş tutacaq.