17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ilk oyununda məğlub olub.


Rekord.az xəbər verir ki, B Liqasının 1-ci qrupunda yer alan yığma Uelsin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.


Kişineu şəhərində yerləşən "Zimbru 2" stadionunda keçirilən görüş Uels seçməsinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.


U-17 qrupda ikinci görüşünü oktyabrın 27-də Kosovo yığmasına qarşı keçirəcək.